Avropa Liqasının qrup mərhələsinin ikinci.turu çərçivəsində təmsilçimiz “Qarabağ” Fransanın “Nant” klubu ilə qarşılaşacaq.
İdmanxeber.az xəbər verir ki, “köhlən atlar” sabah keçiriləcək matçdan öncə cəbhədə şəhid olan həmvətənlərimizlə bağlı 1 dəqiqəlik sükut elan edilməsi ilə bağlı UEFA-ya müraciət edib. Alkin qurum buna “yox” cavabı verib.
Bununla belə, görüşdən öncə azarkeşlərin öz təşəbbüsü ilə arenada 1 dəqiqəlik sükut edəcəyi gözlənilir.
Rəsmi məlumata görə, Azərbaycan-Ermənistan sərhədində sentyabrın 12-si gecə saatlarından başlayan hərbi əməliyyatlarda Azərbaycanın 50 hərbi qulluqçusu şəhid olub.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək “Qarabağ” – “Nant” görüşü saat 20:45-də start götürəcək.