Millimizin baş məşqçisi Canni de Byazi “Qarabağ”ın futbolçusu Qara Qarayevin yığmaya çağırılmamasına münasibət bildirib.
İdmanxeber.az xəbər verir ki, təcrübəli çalışdırıcı 30 yaşlı yarımmüdafiəçinin məsələdən xəbərdar olduğunu söyləyib: “Qara Qarayev buraya gəlməməsinin səbəbini yaxşı bilir”.
Qeyd edək ki, sentyabrın 22-də Trnava şəhərində Slovakiyanın qonağı olacaq Azərbaycan millisi 3 gün sonra Bakıda Qazaxıstanı qəbul edəcək.