Kateqoriyasız

Emin Mahmudov Qurbanova yaxınlaşdı

Moldova ilə yoldaşlıq oyununun 28-ci dəqiqəsində fərqlənən Azərbaycan millisinin futbolçusu Emin Mahmudov yığmada qol sayını 9-a çatdırıb.

İdmanxeber.az-ın məlumatına görə, yarımmüdsfiəçi bununlada Azərbaycan milli komandasının heyətində ən çox qol vuran futbolçuların sıralamasında ikinci pilləyə şərik olub.

Mahmudov komandanın keçmiş hücumçusu Vaqif Cavadova çatıb.

Qeyd edək ki, milli komandada qol rekordu hazırda “Qarabağ”ın baş məşqçisi olan Qurban Qurbanova məxsusdur. O, yığmanın formasında 14 dəfə rəqibləri məyus edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43