Türkiyə Superliqasında çıxış edən “Hatayspor” liqadan çəkilmək qərarı alıb.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasının rəhbəri Mehmet Büyükekşi jurnalistlərə açıqlamasında deyib.
O, bildirib ki, Türkiyədə baş verən zəlzələdən sonra daha çox dağıntılara məruz qalan Hatay təmsilçisinin bundan sonrakı turlarda meydana çıxmayacağına dair məktub alıblar.