Bu gün Misli Premyer Liqasında 24-cü tura start verilib.
İdmanxeber.az-ın məlumatına görə, turun ilk görüşdə Tovuzda baş tutub. Burada yerli “Turan Tovuz” öz meydanında “Zirə”yə məğlub olub – 0:2.
Günün digər matçında “Səbail” Bayılda “Qəbələ” ilə üz-üzə gəlib. Matçda qalib müəyyənləşməyib – 2:2.
Misli Premyer Liqası, XXIV tur
24 fevral (cümə)
14:00 “Turan Tovuz” – “Zirə” 0:2
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Namiq Bəkirov
VAR: Vüqar Həsənli
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldəniz Musayev
19:00 “Səbail” – “Qəbələ” 2:2
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Tural Qurbanov
VAR: Elçin Məsiyev
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev