Azərbaycan millisinin üzvü Mahir Emrelinin Xorvatiyadakı karyerası başa çatır.
İdmanxeber.az yerli mətbuata istinadən xəbər verir ki, “Dinamo” klubunun baş məşqçisi Ante Çaçiç Emrelini gələcək planlarında düşünmür.
Bu səbəbdən də təcrübəli oyunçunun Zaqreb komandasına qayıtma ehtimalının az olduğunu vurğulanıb. Çaçiç rəhbərlikdən Mahirin əvəzinə yeni transfer edilməsini də tələb edib.
Müqavilə ilə “Dinamo” klubuna məxsus olan yarımmüdafiəçi icarə əsasınbda mövsüm sonuna qədər “Konyaspor”da çıxış edəcək.