PSJ-nin baş məşqçisi Kristof Qaltye Neymarın zədələnməsindən danışıb.
İdmanxeber.az-ın məlumatına görə, fransalı mütəxəssis braziliyalı futbolçunun olmamasını ciddi itki kimi qitmətləndirib:
“Xoşbəxt deyiləm, o, ciddi zədə alıb. İnanın, bu komanda üçün itkidir. Söhbət mövsümün əvvəlindən 17 qol vuran və 11 məhsuldar ötürmə ilə çıxış edən futbolçudan gedir. Neymar kimi futbolçu əlinizdə əlavə gücdür”.
.Ulduz oyunçunun 3-4 ay yaşıl meydanlardan kənar qalacağı bildirilir.