“Kəpəz” – “Zirə” matçının hakimi Kamranbəy Rəhimovun qərarları birmənalı qarşılanmayıb.
İdmanxeber.az-ın məlumatına görə, görüşün baş hakimi oyunun ikinci hissəsində Gəncə klubunun qapısına penalti təyin edib. Topun arxasına keçən Hamidu Keyta adını tabloya yazdıra bilib.
Ancaq penaltinin ardından “Kəpəz”in futbolçuları referiyə ciddi etirazlar ediblər. Buna səbəb penalti yerinə yetirilən zaman bir neçə oyunçunun cərimə meydançasına daxil olmasıdır.
Qaydalara görə, baş hakim zərbəni təkrarlatmalı və oyunçuları cəzalandırmalıdır. Ancaq Kamranbəy Rəhimov nədənsə etirazlara heç bir məhəl qoymayıb və qolu qeydə alıb.
Maraqlıdır ki, sözügedən epizod üçün VAR-dan da hər hansı müdaxilə gəlməyib.
Qarşılaşma 1:1 hesabı ilə sona çatıb.
Həsən Quluzadə


