26 İyul 2026
İdman

“Gəncə” öz meydanında qalib gəlib – baketbol liqası

Azərbaycan Basketbol Liqasında XXI turun daha bir oyunu keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, “Gəncə” doğma azarkeşləri önündə “Sərhədçi”ni qəbul edib.

Gəncə Olimpiya İdman Kompleksində baş tutan görüş ev sahiblərinin 86:77 hesablı qələbəsi ilə yekunlaşıb.

Ən məhsuldar basketbolçular “Gəncə”dən Kollin Törner (24 xal, 6 ribaund), “Sərhədçi”dən isə Maykl Diqqins (32 xal, 13 ribaund) olub.

Qeyd edək ki, XXI tura martın 12-də Şəkidə keçiriləcək “Olimpik Şəki” – “Sabah” oyunu ilə yekun vurulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43