26 İyul 2026
Ölkə futbolu

“İki komandada bir xal qazandı” – Elmar Baxşıyev

“Ağır oyun olacağını bilirdik. Hamı üçün Tovuz səfəri çətindir. Meydanda dominant oynamağa çalışırdıq. Komanda verilən tapşırıqları yerinə yetirmək istəyirdi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev “Turan Tovuz” oyunu sonrası deyib “CBC Sport”a açıqlaması zamanı deyib. O, daha sonra belə davam edib:

“Komandanı qələbəyə kökləmişdik. Ancaq rəqib də layiqli mübarizə apardı. Hər iki komanda bir xal qazandı. Fikrimizi aşağı-yuxarı yönəltmirik. Daha çox oyundan-oyuna inkişaf etmək istəyirik. Komanda getdikcə daha da yaxşı olacaq. Əsas odur ki, futbolçular istəklidir”.

Baxşıyev yeni transfer Əyyub Allaşın da performansı dəyərləndirib:

“Çıxışı pis deyil. Komandada görmək istədiyim oyunçu idi. Onun üçün də çətin səfərdi. Meydanşanın süni olması oyunçulara da çətinlik yaradır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43