26 İyul 2026
Ölkə futbolu

“Evdəki oyunlarda uduzmaq istəmirik” – Ayxan Abbasov

“Qəbələ” komandasının gücü bəllidir. Çempionatda ən yaxşı futbol oynayan komandadır. Uzun müddətdir birlikdə çıxış edən heyəti var. Açığı, bu gün daha çox nəticəyə köklənmişdik. Evdəki oyunlarda uduzmaq istəmirik. Azarkeşlər qarşısında məğlub olanda onlar da, biz də üzülürük. Daha çox diqqətli oynamağa çalışırıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Turan Tovuz”nun baş məşqçisi Ayxan Abbasov “Qəbələ” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Natan Oduva dünən özünü yaxşı hiss etdiyini dedi. Bu gün isə oyun öncəsi həmin yerdən zərbə alıb və yenidən zədələnib. Biz də risk etmək istəmədik. Runi Eva da zədələnib. Oyunçular bu gün mübarizə aparıblar. Bir neçə futbolçunun zədələli olduğu görünürdü.

Premyer Liqada ilk ilimizdi çıxış edirik. Əsas məqsədimiz çempionatda möhkəmlənməkdir. Kubokun yarımfinalına yüksəlmişiq. Bir az maddi çətinliklər var idi, artıq komandada yeni sponsor var. Onlar da bizim inkişafımızı istəyirlər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43