NBA təmsilçisi “Atlanta Hoks” oyunçusu Boqdan Boqdanoviçlə müqavilə uzadıb.
İdmanxeber.az-ın məlumatına görə, klub serbiyalı ilə 4 illik sözləşmə imzalayıb. Boqdanoviç bu müqaviləyə əsasən 4 ildə 68 milyon dollar qazanacaq.
30 yaşlı oyunçu 2014-17-ci illərdə “Fənərbağça”da çıxış edib. O, üç ildir “Atlanta Hoks”da forma geyinir.

