Millimizin Avstriyaya qarşı oyununa hakim təyinatları açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, qarşılaşmanı polşalı hakimlər briqadası idarə edəcəklər. Matçın baş hakimi Bartoş Frankovskidir. Ona Marçin Boniek və Yakub Vinkler köməklik göstərəcək.
Matçın dördüncü hakimi isə Damian Kos olacaq.
Avstriya – Azərbaycan oyunu martın 24-də Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

