Futbol üzrə Azərbaycan milli komandası AVRO-2024-ün seçmə qrup mərhələsində bu gün ilk oyununu keçirib
İdmanxeber.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu yığma səfərdə Avstriya ilə qarşılaşıb.
Görüş ev sahibi komandanın qələbəsi ilə sona çatıb – 4:1.
Matçı Polşadan olan hakimlər briqadası idarə edib.
Qrupdakı digər oyunda İsveç Belçika millisini qəbul edib. Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
AVRO-2020, seçmə mərhələ
F qrupu, I tur
23:45. Avstriya – Azərbaycan 4:1
Qollar: Marsel Sabitzer, 28 (1:0), Mixael Qriqoriç, 30 (2:0), Marsel Sabitzer, 50 (3:0), Emin Mahmudov, 64 (3:1), Kristof Baumqartner, 69 (4:1)
Baş hakim: Bartosz Frankovski
Baş hakinin köməkçiləri: Marcin Boniek, Jakub Vinkler
VAR: Pavel Raczkovski
AVAR: Krzysztof Myrmus
Dördüncü hakim: Damian Kos

