Avstriya yığmasının futbolçusu Marsel Sabitser Azərbaycanla oyun sonrası fikirlərini bildirib.
İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi nəticədən razı qaldığını bildirib. O, məqsədlərinə çatdıqlarını açıqlayıb:
“İlk dəqiqələrdən mübarizə apardıq. Rəqibin də güclü tərəfləri var. Görüşün əvvəlləri istədiyimiz kimi alınmasa da, sonrada öz oyunumuzu tapdıq. Seçmə mərhələyə 4:1 hesablı qalibiyyətlə başlayırsınızsa, nəticədən razı qala bilərsiniz. Rahat qələbə qazandığımız üçün çox şadam. Fikrimcə, üzərimə düşən vəzifəni yerinə yetirə bildim”.
Azərbaycan millisi qrupda növbəti oyununu martın 27-də Solnada İsveçə qarşı keçirəcək.

