07 İyul 2026
Dünya futbolu

Fransalı “Barselona”dan ayrılmaq istəmir

Samuel Umtiti karyerasını “Barselona”da davam etdirmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, icarə əsasında İtaliyanın “Leççe” klubunda çıxış edən fransalı Kataloniya təmsilçisində qalmaq niyyətindədir. Hazırda futbolçuya bir neçə təklif olsa da, öncəliyini “Barselona”ya verəcək.

“Barsa”nın də futbolçunun cari mövsümdəki çıxışından razı qaldığı bildirilir. 

Umtimtinin Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilə qədər qüvvədədir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43