Daha bir türkiyəli qapıçı karyerasını xarici klubda davam etdirə bilər.
İdmanxeber.az “Hurriyet”ə istinadən xəbər verir ki, İspaniyanın “Sevilya” klubu “Altınordu”nun qapıçısı Serhat Öztaşdeleni transfer etmək istəyir. Bu barədə 18 yaşlı qolkiper Türkiyə mediasına açıqlamasında bildirib.
Mövsümün sonunda La Liqa klubunun gənc qapıçını heyətinə qatacağı bildirilir.

