08 İyul 2026
Dünya futbolu

Messi PSJ ilə bağlı qərarını verdi

Lionel Messi gələcək karyerası ilə bağlı qərarını verib.

İdmanxeber.az “Marca”ya istinadən xəbər verir ki, argentinalı futbolçu daha bir mövsüm PSJ-də qalacaq. O, klubla bir illik müqavilə imzalamağa razılaşıb.

Messinin Paris təmsilçisi ilə sözləşməsi mövsüm sonu başa çatır. Leonun 2024-cü ilə qədər PSJ-də qalacağı daha sonra isə karyerasını Amerikada davam etdirəcəyi bildirilib.

O da qeyd olunur ki, Messi 2026-cı ildə keçiriləcək dünya çempionatında iştirak etmək istəyir və bu barədə artıq Argentina Futbol Assosiasiyasına (AFA) məlumat verib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43