Qrem Potterlə yolları ayırmaq “Çelsi”yə milyonlara başa gəlib.
İdmanxeber.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, London klubu onu qovmasına görə çalışdırıcıya 13 milyon funt-sterlinq təzminat ödəyəcək. Yeddi aya yaxın “zadəganlar”ı çalışdıran ingiltərəli mütəxəssis təxminən 7 milyon funt-sterlinq maaş alıb.
Potterin “Brayton”dan “Çelsi”yə keçməsi isə 22 milyona başa gəlmişdi. Bundan əlavə, klub sentyabr ayında Tomas Tuxelə 10 milyon funt-sterlinq təzminat ödəyib.
Beləliklə, London təmsilçisi cari mövsüm baş məşqçilər üçün toplamda 52 milyon funt-sterlinq xərcə düşüb.

