12 İyul 2026
Dünya futbolu

“Veqorst Ronaldodan daha faydalıdır”

“Mançester Yunayted”in sabiq futbolçusu Qari Nevill klub barədə fikirlərini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, o, Vot Veqorstla Kristiano Ronaldonu müqayisə edib. Əfsanəvi oyunçu niderlandlı hücumçunun çıxışını daha yüksək qiymətləndirib:

“Mən onu müvəqqəti seçim adlandırdım, Veqorst klubun axtardığı hücumçu deyil. Ancaq gəlin, bəzi şeylərə diqqətlə baxaq. Komandanın oyunçuyla 19 matçda 12 qələbəsi, dörd heç-heçəsi və üç məğlubiyyəti var. Düzdür, Verqorst cəmi iki qol vursa da, ümumən “Mançester Yunayted”in aktivində 37 qolu var.

Ronaldo ilə “qırmızı şeytanlar” isə 19 oyunda daha az qələbə qazanıb. O, bu dönəmdə 11 dəfə fərqlənsə də, komanda cəmi 23 qol vurub.

Buna görə də futbol çox qəribədir. Veqorst “Mançester Yunayted”də oynamaq üçün kifayət qədər yaxşı hücumçu olmasa da, komandaya Ronaldodan daha çox fayda verib. Ancaq yenə də Ronaldo bütün zamanların ən böyük oyunçusudur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43