12 İyul 2026
Dünya futbolu

“Barselona” “El Klasiko”ya itkilərlə çıxacaq

“Barselona” “Real”la oyuna itkilərlə çıxacaq.

İdmanxeber.az “Diario Sport”a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi “El Klasiko”da bir neçə futbolçusunun xidmətindən yararlana bilməyəcək. Bunlar müdafiəçi Andreas Kristensen, yarımmüdafiəçilər Pedri, Frenki de Yonq və cinah oyunçusu Usman Dembeledir

Mənbə yazır ki, adıçəkilən oyunçuların heç biri “Real” oyunu öncəsi keçirilən məşqdə iştirak etməyiblər.

Xatırladaq ki,  aprelin 5-də “Barselona” – “Real” İspaniya kubokunun yarımfinal mərhələsinin cavab görüşünə çıxacaqlar. İlk oyun kataloniyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43