12 İyul 2026
Dünya futbolu

“Hərəkət etmək lazımdır” – Yurgen Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Çelsi” oyunu barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, almaniyalı mütəxəssis hər iki komandanın hazırkı mövqeyindən danışıb:

“Bəli, qəribədir, amma reallıq budur. Hər iki komanda çıxışı ilə buna layiqdir. Biz vəziyyəti dəyişdirməliyik. İndi qapı açıqdır – hər kəs heyətə düşə bilər.

Mübarizə aparmaq lazımdır, yeganə yol budur. Bir şey olacağına ümid edərək meydana çıxa bilməzsən. Gözlərinizi geniş açmaq, hər şeyi təmizləmək və hərəkət etmək lazımdır. Biz bunu edəcəyik”.

“Liverpul” Premyer Liqada 8-ci, “Çelsi” isə 11-ci sırada qərarlaşıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43