12 İyul 2026
Dünya futbolu

Derbidə möhtəşəm oynadı, maaşı artdı

“Beşiktaş” Neytan Redmonda yeni müqavilə təklif edəcək.

İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Şenol Güneş mövsüm sonu sözləşməsi bitəcək olan 29 yaşlı futbolçunun komandada qalmasını istəyib.

Ötən tur “Fənərbağça” derbisində möhtəşəm performans göstərən oyunçu “Beşiktaş”a qalmağa müsbət yanaşır. Onun maaşının da artacağı bildirilir.

Redmond hazırda İstanbul klubunda illik 1,5 milyon avro qazanır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43