13 İyul 2026
Dünya futbolu

40 ildən sonra…

“Mançester Yunayted”in sabiq çalışdırıcısı Sir Aleks Ferguson Şotlandiyanın “Aberdin” klubu ilə qazandığı Kuboklarlar Kubokundakı medalını yaxın günlərdə alacaq.

İdmanxeber.az-ın məlumatına görə, 1983-cü ildə çempion adını qazanan “Aberdin”in o zamankı UEFA-nın qərarına əsasən start heyətində meydana çıxan 11 futbolçu, habelə ehtiyatda oturan daha 5 oyunçuya medal verilmişdi. Artıq UEFA köhnə qərarına dair dəyişikliyə əsasən cempiin adını qazanmış digərlərini də mükafatlandırmaq qərarına gəlib. Beləliklə, 40 ildən sonra təcrübəli çalışdırıcı medalına qovuşacaq.

Qeyd edək ki, tədbir mayın 12-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43