13 İyul 2026
Dünya futbolu

“Barselona”nın Messiyə vədi – 4 bəndlik

Messinin yayda PSJ-dən ayrılaraq “Barselona”ya dönəcəyinə dair xəbərlər hər gün artmaqdadı.

İdmanxeber.az-ın məlumatına görə, artıq bununla bağlı həm İspaniya, həm də Fransa mediasında ciddi xəbərlər paylaşılır.

Kataloniya təmsilçisi argentinalı futbolçuya 4 bənddən ibarət sözləşmə hazırlayıb. “Barsa” Messiyə aşağıdakıları vəd edir:

1) Levandovskiyə verilən maaşın eynisi ona da veriləcək.

2) 2025-ci ilə kimi müqavilə

3) Karyerasını bitirəndə vida matçının təşkili

4) Reklam gəlirlərinin yarısı 

Qeyd edək ki, Messi PSJ azarkeşləri tərəfindən Liqa 1-in son oyunu zamanı fitə basılmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43