“Qarabağ” Misli Premyer Liqasının 29-cu turu çərçivəsində “Kəpəz”lə qarşılaşacaq.
İdmanxeber.az-a verilən məlumata görə, Ağdam təmsilçisi bu oyuna itkilərlə hazırlaşır. Belə ki, komandanın uzun müddətdir zədəli olan oyunçuları – Şahruddin Məhəmmədəliyev və Abbas Hüseynov bu matçda “Qarabağ”a kömək edə bilməyəcəklər.
Onlarla yanaşı, Juilo Romao da sözügedən oyunda meydana çıxa bilməcəyək. Buna səbəb braziliyalının cəzalı olmasıdır.
“Qarabağ” – “Kəpəz” oyunu aprelin 9-da, saat 18:30-da start götürəcək.
İdmanxeber.az

