15 İyul 2026
Ölkə futbolu

Afrikalı futbolçudan “Qarabağ”a xoş xəbər

“Qarabağ”ın zədəli futbolçusu Yassin Benzianın son durumu bəlli olub.

İdmanxeber.az-a verilən məlumata görə, uzun müddətdir zədəli olan oyunçu artıq məşqlərə başlayıb. Benzianın hələ tam hazır olmadığı bildirilir.

Onun qarşıdakı oyunda meydanda olub-olmayacağı sual altındadır.

Xatırladaq ki, əlcəzairli oyunçu Konfrans Liqası pley-off mərhələsi çərçivəsində səfərdə “Gent”lə oyunda sıradan çıxmışdı. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43