“Beşiktaş” Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlər üçün xeyriyyə matçı keçirir.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu “Atletiko” ilə üz-üzə gələcək. Görüşdən əldə ediləcək gəlirlərin təbii fəlakət qurbanı olan insanlar üçün sərf ediləcəyi bildirilib.
“Vodafone Park”da baş tutacaq qarşılaşma aprelin 12-də keçiriləcək.
Xatırladaq ki, bir müddətdir Bakıda “Sabah”la “Beşiktaş” arasında da xeyriyyə matçının oynanılacağı danışılır.