“Sabah” “Qarabağ”la oyuna vacib itki ilə çıxacaq.
İdmanxeber.az-ın məlumatına görə, paytaxt təmsilçisinin futbolçusu Con İrasabal komandasına bu vacib görüşdə kömək edə bilməyəcək. Buna səbəb ispaniyalının cəzalı olmasıdır.
O, son turda “Səbail”ə qarşı matçda birbaşa qırmızı vərəqə alıb.
“Sabah” – “Qarabağ” oyunu aprelin 16-da keçiriləcək.

