06 İyul 2026
Ölkə futbolu

“Kəpəz” ev oyunlarını Gəncədə oynamayacaq

“Kəpəz” Misli Premyer Liqasında növbəti iki ev oyununu Qəbələdə keçirəcək.

İdmanxeber.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb Gəncə şəhər stadionunun ot örtüyünün vəziyyətinin çempionat matçlarını qəbul etmək üçün yararsız hala düşməsidir.

Bununla əlaqədar PFL Qərb təmsilçisinin müraciət və təsdiq məktubunu nəzərə alaraq, aprel ayının əvvəlcədən açıqlanan təqvimində dəyişiklik edib.

Beləliklə, “Kəpəz” XXX turda “Turan Tovuz”la, XXXII turda isə “Sumqayıt”la Qəbələ şəhər stadionunda qarşılaşacaq. Matçlar müvafiq olaraq aprelin 15-i və 29-da olacaq və saat 16:00-da başlayacaq.

Renovasiya işlərinə Peşəkar Futbol Liqası tərəfindən baxış keçirildikdən sonra klubun XXXIII turdan sonrakı ev oyunlarının Gəncədə keçirib-keçirməyəcəyinə yekun qərar veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43