“Barselona” Aleks Balde ilə müqaviləni 2027-ci ilə qədər yeniləməyə yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər artıq anlaşmaq üzrədir. Rəhbərlik 20 yaşlı futbolçunun sərbəst qalma məbləğini 1 milyard avro təyin edəcək.
Bununla yanaşı, ispaniyalı futbolçuya bundan sonra daha çox əsas heyətdə mübarizə aparacağı bildirilib.
Aleks bu mövsüm La Liqada 23 oyunda 5 məhsuldar ötürmə edib.

