06 İyul 2026
Dünya futbolu

“Trabzonspor” italiyalı baş məşqçiyə tapşırılır?

“Trabzonspor” baş məşqçi axtarışlarını davam etdirir.

İdmanxeber.az “NTV Spor”a istinadən xəbər verir ki, Karadəniz təmsilçisinin Montella ilə maraqlandığı iddia edilib. Hazırda “Adana Demirspor”un baş məşqçisi olan italiyalı mütəxəssisin klubu ilə müqaviləsi var.

Adana klubunun prezidenti Murat Sancak komandasının hazırda avrokubok iddiasında olduğunu və baş məşçqi ilə yola davam etmək istədiklərini bildirib.

“Trabzonspor” mövsümə Abdullah Avcı ilə başlayıb. Onunla yollar ayrıldıqdan sonra komandanın başına keçən Orhan Ak da istefa verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43