“Qarabağ”ın legioner Filip Ozobiç yayda komandadan ayrıla bilər.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, millimizin futbolçusu “Neftçi” və “Sabah”ın diqqət mərkəzindədir. “Ağ-qaralar” uzun müddətdir kapitan Emin Mahmudovla danışıq aparsa da, hələlik yekun razılığa gəlinməyib.
Bu səbəbdən də rəhbərlik Mahmudova alternativ kimi Ozobiçi görür. Əgər “Neftçi” kapitanla razılığa gələ bilməsə, “Qarabağ”ın üzvünü heyətinə cəlb etməyə çalışacaq.
Avrokuboklara vəsiqə qazanan “Sabah” klubu isə yayda heyətini gücləndirməyi planlaşdırdır. Klubun hədəfindəki ilk isimlərdən biri də Ozobiçdir.
Ağdam təmsilçisində davamlı oynaya bilməyən 32 yaşlı yarımmüdafiəçinin klubdan ayrılmağa müsbət yanaşdığı bildirilir. O, yayda gələcək təklifləri dəyərləndirmək qərarına gəlib.
Həsən Quluzadə

