12 İyul 2026
Ölkə futbolu

Şamaxıda “sülh”, “Qarabağ” uduzdu – YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında 30-cu tura yekun vurulacaq. 

İdmanxeber.az xəbər verir ki, günün ilk oyununda “Şamaxı” “Sumqayıt”ı qəbul edib. Alt sıraları yaxından maraqlandıran görüşdə qalib müəyyənləşməyib -0:0.

Bu nəticənin ardından “Sumqayıt” 25 xalla 8-ci yerdə qərarlaşıb. “Şamaxı” isə 22 xalla 9-cu sıradadır.

Turun mərkəzi oyununda isə lider “Qarabağ” 2-ci yerdəki “Sabah”ın qonağı olub. Ev sahibi komanda görüşdən qələbə ilə ayrılıb -2:1.

Bu qələbənin ardından xallarının sayını 68-ə çatdıran “Sabah” lider “Qarabağ”la xal fərqini doqquza endirib.

Ağdam təmsilçisi isə 77 xalla ilk pillədə yer alır.

Qeyd edək ki, turun digər görüşləri 14 və 15 aprel tarixlərində oynanılıblar. 

16 aprel (bazar)

16:00. “Şamaxı” – “Sumqayıt” 0:0
Hakimlər:
 Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı

Şamaxı şəhər stadionu

19:00. “Sabah” – “Qarabağ” 2:1

Qollar: Coy Lens Mikels, 72 (1:0), 76 (2:0), Riçard Almeyda, 86-pen. (2:1)

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev
“Bank Respublika Arena”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43