12 İyul 2026
Ölkə futbolu

“İstəyərdim heç bir komanda Premyer Liqanı tərk etməsin”

“Sumqayıt”la oyunlarımız həmişə maraqlı keçib. Şəxsi görüşlərdə bərabərlik idi. Artıq IV dövrədir, komandalar bir-birini daha yaxşı tanıyır. Futbolçular verdiyimiz tapşırıqları düzgün yerinə yetirdilər. “Sumqayıt”a uğurlar arazu edirəm”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli “Sumqayıt” oyunu sonrası deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– Ev oyunlarında qələbə qazanmaq daha vacibdir. Bu gün əsas rəqiblərinizdən biri ilə heç-heçə etdiniz…

– Ev, səfər fərqi yoxdur. Biz hər oyuna qələbə üçün çıxırıq. Futbolçularımız bu gün də əzmkarlıq göstərdi. Bəzən qələbə qazanmaq alınmır.

– Nihat Quliyevi start heyətdə meydana buraxmamağınızın səbəbi nə idi?

– Nihatın bir az yorğunluğu var idi. Həm də məşqlərdə kim özünü yaxşı göstərsə, ona şans veririk.

– Şahin Diniyev bildirdi ki, Premyer Liqanı kim tərk etsə, bu, həmin klub üçün faciə olacaq. Sizin fikriniz necədir?

– Çempionat başlamamışdan bilirdik ki, bir klub elitanı tərk edəcək. Amma çox istəyərdim heç bir komanda Premyer Liqanı tərk etməsin. Bütün komandalar yaxşı işlər görür. Biz özümüz sona kimi mübarizə aparacağıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43