12 İyul 2026
Dünya futbolu

Xavinin şikayətinə belə cavab verdi: “Kremdən istifadə edə bilər”

“Barselona” La liqanın 29-cu turunda “Xetafe” ilə heç-heçə edib (0:0).

İdmanxeber.az-ın məlumatına görə, son üç matçda qələbə qazana bilməyən Kataloniya klubunun baş məşqçisi Xavi Hernandes qarşılaşmanın günorta saatlarında oynanılmasına təpki göstərib:

“Biz daha çox axşamlar oynamağa öyrəşmişik. Günün altında oynamaq bir qədər çətin gəldi. Bu, həqiqətdir, amma bəhanə deyil. 

Stadionunun durumu da yaxşı deyildi. Top otlara ilişib qalırdı. Bunu hamı gördü, bizim üçün burada oynamaq çətin idi”.

Xetafenin baş məşqçisi Kike Flores isə günəş şüalarından şikayətlənən Xaviyə “Nivea və ya gündən qoruyan kremlərdən istifadə edə bilər” – deyə, cavab verib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43