Jud Bellinqem daha bir mövsüm Bundesliqada qala bilər.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə nüfuzlu “The Times” nəşri xəbər yayıb. 19 yaşlı futbolçunun özü üçün ən uyğun təklifi gözlədiyi vurğulanıb.
Yarımmüdafiəçi səhv seçim etməkdənsə, 2024-cü ilə qədər Dortmund klubunda qalmağı üstün tutur.
Xatırladaq ki, ingiltərəli futbolçu “Real”, “Mançester Siti” və “Mançester Yunayted” kimi klubların maraq dairəsindədir.

