13 İyul 2026
Dünya futbolu

“Çempionlar Liqasını qazanmağın vaxtı çatıb” – Navas

“Nottingem”də icarə əsasında çıxış edən PSJ-nin qapıçısı Keylor Navas gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

İdmanxeber.az-ın məlumatına görə, 36 yaşlı futbolçu 2023-cü ilin yayında Paris klubuna qayıdacaq. O, karyerasını PSJ-də davam etdirmək istədiyini bildirib:

“PSJ ilə müqaviləmin bitməsinə bir il qalıb. Oraya qayıdıb özümü göstərmək və komanda ilə Çempionlar Liqasını qazanmaq istəyirəm. Bir dəfə ÇL kubokunda qalib olmağa yaxın olmuşuq. Artıq onu qazanmağın vaxtı çatıb”.

Navas 2019-cu ilin yayından PSJ-də çıxış edir. Onun müqaviləsi 2024-cü ilə qədərdir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43