12 İyul 2026
Dünya futbolu

“Borussiya”nın ulduzu klubdan ayrılır?

Jud Bellinqem daha bir mövsüm Bundesliqada qala bilər.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə nüfuzlu “The Times” nəşri xəbər yayıb. 19 yaşlı futbolçunun özü üçün ən uyğun təklifi gözlədiyi vurğulanıb.

Yarımmüdafiəçi səhv seçim etməkdənsə, 2024-cü ilə qədər Dortmund klubunda qalmağı üstün tutur.

Xatırladaq ki, ingiltərəli futbolçu  “Real”, “Mançester Siti” və “Mançester Yunayted” kimi klubların maraq dairəsindədir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43