13 İyul 2026
Ölkə futbolu

Paytaxt klubu kubok matçını “Qəbələ”yə güzəştə gedir?

Premyer Liqanın 30 turundan sonra hələ də turnir cədvəlinin son pilləsində qərarlaşan “Səbail”də işlər heç də qaydasında getmir.

Klub rəhbərliyi baş məşqçi dəyişikliyi ilə mövcud problemin həll etməyə çalışsa da, hələlik bu nəticələrdə öz əksini tapmır. İdmanxeber.az-a daxil olan məlumata görə, klubun məşqçilər korpusu Premyer Liqadakı bu durumu nəzərə alıb kubok matçlarına ciddi yanaşmayacaq.

Paytaxt təmsilçisi sıx qrafiki düşünüb Azərbaycan kubokunun “Qəbələ”  ilə  keçirəcəyi yarımfinal matçına ikinci heyyətlə yollanır. “Dənizçilər”in baş məşqçisi Şahin Diniyev komandanın aparıcı üzvləri – Ağabala Ramazanov, Franko Mazurek və Maksim Çexi ümumiyyətlə Qəbələyə aparmayacaq.

Digər əsas heyət üzvləri isə bu səfərə aparılacaq. Lakin Diniyev onların bir çoxuna şans vermək fikrində deyil.

Qeyd edək ki, “Qəbələ” – “Səbail” matçı sabah saat 18:00-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43