Futbol üzrə 20 yaşlılardan ibarət dünya çempionatı Argentinada keçiriləcək.
İdmanxeber.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb. Turnir İndoneziyada keçirilməli olsa da, Bali adasının qubernatoru İsrail millisinin əleyhinə səsləndirdiyi fikirlərdən sonra bu səlahiyyət onlardan alındı.
U-20 dünya çempionatı 20 may – 11 iyun tarixlərində keçiriləcək.

