“Çelsi” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, London klubu Ekvador U17 millisinin üzvü Kendri Paeslə müqavilə bağlayıb. Ölkəsinin “İndependiente del Valla” klubunda çııxş edən 15 yaşlı oyunçu 2025-ci ilin yayında komandaya qoşulacaq.
“Çelsi”nin azyaşlı üçün qarşı tərəfə 20 milyon avro təzminat ödəyəcəyi bildirilir.
Paes bu mövsüm klubda keçirdiyi 3 oyunda 1 qola imza atıb. O, Ekvadorun 17 yaşadək futbolçulardan ibarət yığmasında 7 oyunda 3 qol vurub.

