“Real” La Liqanın növbəti turunda səfərdə “Jirona” ilə qarşılaşıb.
İdmanxeber.az-ın məlumatına görə, Madrid təmsilçisi görüşdən 2:4 hesabı ilə məğlub ayrılıb. Ev sahibi komandanın qollarının hamısını Valentin Mariano vurub.
O, La Liqada “kral klubu”na qarşı 76 il sonra poker edən beşinci futbolçu olub.
“Real”a sonuncu dəfə 2013-cü ildə “Borussiya”da çıxış edərkən Robert Levandovski dörd qol vurmuşdu.