“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə çempionatının 33-cü turunda “Arsenal”a qarşı oyundan əvvəl mətbuat konfransı keçirib.
İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis London klubunun futbolçusu Martin Odeqarla bağlı bir xatirəsini bölüşüb. O, vaxtı ilə onu “Bavariya”ya transfer etmək istədiyini etiraf edib:
“Odeqarı xatırlayıram, illər əvvəl atası ilə iki günlük məşq üçün gəlmişdi. Onun barəsində qərar vermək beş dəqiqə çəkdi. Dərhal yaxşı futbolçu olduğunu gördüm. O, həqiqətən də əla oyunçudur”.
Bu axşam saat 23:00-da “Mançester Siti” “Arsenal”ı qəbul edəcək.