Mayın 1-də Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında dünya çempionatı start götürəcək.
İdmanxeber.az Azərbaycan Boks Federasiyasının saytına istinadən xəbər verir ki, 14 gün davam edəcək mundialda Azərbaycan milli komandası tam heyətlə mübarizə aparacaq.
Komandamız aprelin 28-də Daşkənddə yollanacaq, mayın 15-də Bakıya qayıdacaq.
Qeyd edək ki, 5,2 milyon ABŞ dolları mükafat fondu olan yarışın püşkü aprelin 30-da atılacaq. Mundialda 100-dən çox ölkədən 700-ədək boksçusunun iştirakı gözlənilir. Dünya çempionu tituluna yiyələnəcək boksçular 200 min dollar gəlir əldə edəcək. İkinci yerin sahibləri 100 min, bürünc medal qazananlar isə 50 min dollarla mükafatlandırılacaq.