Ölkə kubokunun yarımfinal mərhələsinin “Neftçi” – “Turan Tovuz” matçında gərginlik yaşanıb.
İdmanxeber.az-ın məlumatına görə, ev sahibi komandanın son dəqiqələrdə vurduğu ilk qolun ardından kənarda ara qarışıb.
Belə ki, “Neftçi”nin tərcüməçisi Vüqar Əlliyevlə Tovuz klubunun fiziki hazırlıq üzrə məşqçisi arasında gərginlik yaşanıb.
Əliyevin işlətdiyi ifadələr ona baha başa gəlib. Belə ki, matçın baş hakimi Fərid Hacıyev hadisə yerinə gələrək ona qırmızı vərəqə göstərib.
Xatırladaq ki, “Neftçi rəqibini 2:0 hesabı ilə məğlub edib.