28 Sentyabr 2024
Dünya futbolu

“Bavariya”nın qapıçısı klubu tərk edir

“Bavariya”nın qapıçısı Yann Sommer klubu tərk edə bilər.

İdmanxeber.az-ın məlumatına görə, komandanın baş məşqçisi Tomas Tuxel Manuel Noyerin zədəsi sağalandan sonra əsas qapıçı kimi ona şans verəcək. İsveçrəli qolkiper isə ehtiyatda qalmaq niyyətində deyil.

Bu səbəbdən də Sommer özünə klub axtarışındadır.

34 yaşlı qapıçı cari mövsüm “Bavariya”da 20 oyun keçirib və 26 qol buraxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43