29 Sentyabr 2024
Dünya futbolu

Naqelsman Premyer Liqada çalışacaq

“Bavariya”dan ayrılan Yulian Naqelsman karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, almaniyalı mütəxəssis “Tottenhem” klubu ilə danışıq aparır. Gənc çalışdırıcı London təmsilçisində işləməyə müsbət yanaşır.

“Bild” nəşri yazır ki,  “Tottenhem” Naqelsmanın heyəti gücləndirmək istəyi ilə razılaşıb. Komanda yayda transfer çalışmalarına başlayacaq.

Bununla yanaşı, rəhbərlik Harri Keyni də heyətdə saxlayacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43