29 Sentyabr 2024
Ölkə futbolu

“Qəbələ”də iki itki

“Qəbələ” ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyununa çıxır.

İdmanxeber.az-ın məlumatına görə, komanda bu gün Bakıda “Səbail”lə qarşılaşacaq. İlk matçda rəqibini 3:2 hesabı ilə məğlub edən əyalət təmsilçisi cavab görüşünə itkilərlə çıxacaq.

Belə ki, komandanın qapıçısı Səlahət Ağayev və yarımmüdafiəçi Rövlan Muradov zədə səbəbindən “dənizçilər”ə qarşı meydanda olmayacaqlar. 

Görüş bu gün saat 20:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43