“Əl-Nəsr”ın hücumçusu Kristiano Ronaldo klubu tərk etmək niyyətindədir.
İdmanxeber.az “El Nacional” nəşrinə istinadən xəbər verir ki, Ronaldo Səudiyyə Ərəbistanı ölkəsinə və mədəniyyətinə uyğunlaşmaqda çətinlik çəkib. Üstəlik, dili də bilmir.
Ronaldo 9 ilini “Real”da keçiridiyi üçün yenidən Madridə qayıtmaq istəyir. Mənbə yazır ki, “kral klubu” rəhbərliyi portuqaliyalıya komandanın idman direktorluğu vəzifəsini təklif etməyə hazırdır.
Kristiano bu ilin əvvəlində “Əl-Nəsr”ə keçib. Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir.
38 yaşlı futbolçu bu mövsüm Səudiyyə Ərəbistanında 12 oyuna çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə edib.